Iqtisadiyyat üzrə 2020-ci il Nobel mükafatçıları

2020-ci il iqtisadiyyat üzrə Nobel mükafatının qaliblərini müəyyən edilib. İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən oktyabrın 12-si keçirilmiş xüsusi tədbirdə amerikalı alimlər Paul R. MilgromRobert B. Wilson adları açıqlanıb. Onlar auksion nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə bu mükafata layq görülüblər. 

Məlumat üçün qeyd edim ki, Nobel mükafatı 1895-ci ildə İsveç ixtiraçısı Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib və ilk dəfə 1901-ci ildə təqdim olunub. İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsində, Karolinska İnstitutu fiziologiya və tibb sahəsində, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsində mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri hər il dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir. Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda təqdim edilir. İqtisadiyyat üzrə Nobel Mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafat hesab edilir və 1968-ci ildə İsveçin Mərkəzi Bankı olan Sveriges Riksbank tərəfindən bankın 300 illiyi münasibətilə təsis edilib.

Müəllif:  Elnur Quliyev

Nobel mükafatı haqqında maraqlı faktlar

İg Nobel mükafatı

Leave a Reply