Stone Ridge 10.000 bitcoin aldı

İnvestisiyaların menecmenti üzrə ixtisaslaşan şirkət Stone Ridge Holdings Group xəzinə ehtiyatlarını idarə edilməsi strategiyası çərçivəsində 100 milyon dollar dəyərində 10.000 bitcoin aldığını elan etdi. Bitcoin alışını həyata keçirən və saxlanılmasını təmin edən New York Digital Investment Group (NYDIG) şirkətidir. NYDIG, Stone Ridge-nin törəmə şirkətidir və dolları kriptovalyutaya çevirməyə imkan verən BitLicense sahibdir. BitLicense – Nyu-York ştatının Maliyyə Xidmətləri Departamentindən (NYDFS) virtual pul köçürmələri üçün verilən lisenziyadır.

Leave a Reply