Sahibkarlar üçün online vergi praktikumu

Yeni biznesə başlayan və öz bizneslərini genişləndirmək istəyən sahibkarlar üçün “Mühasibat uçotu haqqında” Qanunu və vergitutmada uçotun əhəmiyyətini nəzərə alınaraq, “Universitas İnternational” şirkətinin operatorluğunu etdiyi Xaçmaz KOB İnkişaf Mərkəzi vergitutma və mühasibat uçotu üzrə praktikum elan edir. Praktikumu əhatə edən mövzular daha çox vergi yoxlamaları zamanı mühasiblərin qarşılaşdığı problemlərin praktiki nümunələrlə izahına yönəlib. Praktikumun sonunda iştirakçıların mövzular üzrə praktiki bilikləri daha da artacaq və bu istiqamətdə gündəlik təcrübələrində qarşılaşdıqları problemləri asanlıqla aradan qaldıracaqlar. Təlimdə iştirak ödənişsizdir.

Təlimin alt mövzuları aşağıdakılardır:

  • Vergi ödəyicisinin hüquqları;
  • Vergi ödəyicilərinin uçotu;
  • Vergi huquqpozmalarına görə maliyyə sanksiyaları;
  • Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək;
  • Riskli Vergi ödəyiciləri;
  • KOB vergi öhdəlikləri və azadolmaları.

Təlimə ZOOM proqramı vasitəsi ilə aşağıdakı link vasitəsilə qoşula bilərlər:

http://bit.ly/2UiWV0p və yaxud İD: 555 222 1504, parol: 2221504

Tarix: 23 yanvar 2021, 1-ci hissə saat 11:00 / 2-ci hissə saat 15:00

Leave a Reply