Kripto bankomatların (ATM) sayı – Yanvar 2021

   CoinATMradar.com-ın 31.01.2021 tarixinə olan məlumatına əsasən dünyada 14.719 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 74.4%-də kriptovalyutaları yalnız almaq, 25.6%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 65.3%-i Litecoin, 57.5%-i Ethereum, 29.9%-i Bitcoin Cash, 18.8%-i Dash, 3.7%-i Tether, 1.3%-i Monero dəstəkləyir.

Bankomatların 89.8%-i Amerika, 8.5%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 12378, Kanada- 1164, Böyük Britaniya- 239, Avstriya- 147, İspaniya-118 və s.

Kripto bankomantların sayı illər üzrə:

  • 2015-ci il – 503 ədəd
  • 2016-cı il – 954 ədəd
  • 2017-ci il – 2028 ədəd
  • 2018-ci il – 4109 ədəd
  • 2019-cu il – 6387 ədəd
  • 2020-ci il – 13661 ədəd

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Məlumat üçün qeyd edək ki, ilk bitcoin bankomat 2013-cü il 29 oktyabr tarixində Kanadanın Vankuver şəhərində yerləşən “Waves Coffee House” kafedə istifadəyə verilib. İkinci bitcoin-ATM isə 2013-ci il noyabr ayında Slovakiyanın Bratislava şəhərində quraşdırılıb. ABŞ-da ilk bankomat 18 fevral 2014-cü ildə Nyu Meksiko ştatının Albukerke şəhərində istifadəyə verilib.

Müəllif:  Elnur Quliyev

Leave a Reply