Crypto Broker AG İsveçrədə bitcoin-broker lisenziyası aldı

İsveçrənin Crypto Finance AG holdinqinin törəmə şirkəti olan Crypto Broker AG şirkəti İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Təşkilatından (FINMA) rəqəmsal aktivlər üzrə broker xidməti lisenziyası alıb. Bu lisenziya kommersiya bankları və iri korporativ şirkətlərə kriptovalyuta (bitcoin) ticarəti üzrə xidmətləri təqdim etməyə imkan yaradır.

Crypto Broker AG-ın icraçı direktoru Rupertus Rothenhaeuser: “FINMA lisenziyası şirkətimizin fəaliyyət dairəsini genişləndirəcək və risklərin monitorinqi, likvidlik, hüquqi tənzimləmə baxımından tələblərə uyğunluq səviyyəsini artıracaqdır. Bir çox banklar kriptovalyuta fəaliyyəti üzrə lisenziyası olan tərəfdaşlarla işləmək üçün hazırdır. Crypto Broker AG artıq kriptovalyuta şirkətləri (SEBA, Sygnum) da daxil olmaqla istənilən İsveçrə bankı ilə işləyə bilər. Crypto Broker AG, İsveçrədəki maliyyə və korporativ qanunvericiliyə edilən dəyişikliklər sayəsində tənzimlənən pay payları ilə işləyə biləcək.”

İsveçrənin maliyyə bazarlarını tənzimləyən orqanı olan FINMA (Swiss Financial Market Supervisory Authority) 2007-ci ildə yaradılıb və ölkə parlamenti tərəfindən FINMA-ya sığorta və maliyyə sektoruna bütün nəzarət və tənzimləmə səlahiyyətləri verilib. FINMA-nın səlahiyyətlərinə maliyyə və qanunvericilik bazasının hazırlanması və inkişaf etdirilməsi, sığorta və maliyyə sektorundakı şirkətlərə bu mövzuda məsləhət xidmətlərinin göstərilməsi də daxildir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply