KOBİA startaplara qrant verilməsi barədə VEBİNAR keçirəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fevralın 17-si saat 11:00-da təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi (qrant) ilə bağlı elan edilmiş müsabiqəyə dair məlumatlandırıcı vebinar keçiricək. Vebinarın təşkilində məqsəd fevralın 17-də start veriləcək müsabiqə-nin şərtləri, lazım olan sənədlər, layihənin qiymətləndirilməsi prosesi barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

KOB subyektləri aşağıda qeyd olunan linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər:
https://us02web.zoom.us/j/81428696454?pwd=WWh0K2RDeFBwbDkvZlBvUjVZY3U0QT09
ID: 814 2869 6454
KOD: 288753

Məlumat üçün qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi prosesinə start verilir. Bu məqsədlə fevralın 17-dən etibarən KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənədlərin qəbuluna başlanılır. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır. Müsbiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə formasını və lazım olan digər sənədləri 17 mart 2021-ci il tarixinədək Agentliyə elektron formada və ya birbaşa təqdim edə bilərlər (ətraflı məlumat üçün – https://bit.ly/36WhTcq). Müsabiqənin nəticələri barədə məlumat 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcəkdir. 

Leave a Reply