Ticarət dövriyyəsi və valyuta çütlüklərinin sayına görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance hazırda kripto sektorun ən populyar platformalarından biridir. Binance birjası faktiki olaraq kriptovalyuta ticarəti üzrə ən likvid birja hesab olunur və 2017-ci ilin iyul ayında yaradılıb. Şirkətin rəsmi adı – BINANCE Holding Limited, rəsmi sayt – binance.com, rəsmi qeydiyyat ünvanı – Kayman adaları, birjanın təsisçisi Changpeng Zhao (CZ). Birjanın daxili tokeni – Binance Coin (BNB), bu token birja daxilində ticarət komissiyalarının azaltmaq, həmçinin İEO və Launchpool-da iştirak üçün istifadə olunur. Məsələn, birjada ticarət üzrə əməliyyat komissiyası 0.1% təşkil edirsə, BNB ilə bu 0.075% olacaq. ABŞ-da olan istifadəçilər və treyderlər üçün ayrıca binance.us platforması yaradılıb.
Binance birjasında kriptovalyutaların fyuçers, P2P, OTC, spot və marjinal ticarəti mümkündur. Binance-də 288 kriptovalyuta listinq edilib və eyni zamanda 969 valyuta cütlüyü ilə ticarət etmək imkanı var. Bundan əlavə, birjada steykinq, lendinq, farminq və mayninq-pul xidmətləri var. Bu xidmətlərdən istifadə edib faydalanmaq üçün ilk növbədə birjada qeydiyyatdan keçmək və hesaba vəsait mədaxil etmək lazımdır.

Binance birjasında qeydiyyat.
Binance birjasında qeydiyyatı bu link ilə keçmək olar. Qeydiyyat prosesi sadədir və e-mail və ya mobil nömrə ilə mümkündür. Müvaqfiq qeydiyyat prosedurlarını keçdikdən sonra sizin e-poçta və mobil telefona təsdiq sms-i gələcək. Qeydiyyat tam bitdikdən sonra hesabınızı verifikasiya (xarici pasport və ya digər rəsmi sənəd ilə şəxsiyyəətin təsdiq edilməsi) etməlisiniz. 2021-ci ilin sentyabr ayına qədər hesabın verifikasiya edilməsi mütləq tələb kimi qoyulmurdu. Bu tələb gündəlik birjadan məxaric limiti 2 bitcoin-dən çox olan hesablara şamil edilirdi. Verifikasiya edildikdən sonra limit 100 BTC-yə qədər qaldırlırdı. Beynəlxlaq maliyyə tənzimləyicilərinin təzyiqi ilə Binance birjası öz istifadəçilərinə KYC (know your client) və AML (anti money laundering) standartlarını tətbiq etməyə başladı. Hazırda birjda qeydiyyat yalnız Belarus vətəndaşları üçün qadağandır.
Binance birjasında hesaba mədaxil.
Binance birjasına fiat valyutalar (dollar, avro) ilə mədaxil-məxaric əməliyyatlarını aparmaq əvvəllər mümkün deyildi və bütün əməliyyatlar yalnız kriptovalyutalar ilə aparaılırdı. Lakin artan tələbi və birjanın verifikasiya şərtlərinə əməl etməsi faktorlarını nəzərə alaraq birja hesabına fiat valyutaların mədaxil edilməsi funksiyası əlavə edildi. Hazırda birja hesabına VİSA/MasterCard kartları, mübadilə servisləri (bestchange, 24paybank, kurs.expert) və elektron cüzdanlar (Skrill, Advanced Cash, Payeer) vəsait mədaxil etmək mümkündür. Hazırda ən çox istifadə edilən üsul birjaya Tether (USDT) mədaxil edərək ticarət etməkdir.
Qeyd: 01.01.2017 tarixdən etibarən kriptovalyuta birjaları, mübadilə servisləri və beynəlxalq elektron cüzdanların hesabına yerli bankların verdiyi MasterCard/Visa kartları ilə AZN mədaxil etdikdə 18% vergi tutulur.
Ticarət olunan rəqəmsal aktivlərin sayı, ticarət dövriyyəsinin həcmi, aktiv treyderlərin sayı, sadə interfeys, ticarət alətlərinin çoxluğu və texniki təhlükəsizlik sistemi binance birjasını hazırda kriptovalyuta ticarəti üzrə flaqman platformaya çevirib. Bu səbəbdən binance-də rəqəmsal aktivlərin qiyməti və əməliyyatlar üzrə komissiya xərcləri digər birjalara nisbətən sərfəlidir. Bazara daxil olan hər bir yeni kriptovalyuta binance birjasına listinq olunmağa çalışır. Hər hansı bir kriptovalyutanın binance birjasına daxil olması və ya birjadan de-listinq olması həmin rəqəmsal aktivin reytinqinə və qiymətinə birbaşa təsir edir.
SAFU Fond
Binance, istifadəçilərinə birjaya haker hücumu zamanı mümkün zərəri geri qaytarılacağına zəmanət verir. Bunun üçün birja 2018-ci ildə xüsusi SAFU (Secure Asset Fund for Users) Fond təsis edib. Birjanın komissiya gəlirlərinin bir hissəsi SAFU Fonduna mədaxil edilir. 2022-ci ilin yanvar ayına fondun həcmi 1 milyard dollar təşkil edib. Fondun vəsaitləri BNB, BUSD və BTC-də saxlanılır.
Müəllif: Elnur Quliyev
