Dogecoin (DOGE) aprelin 16-sı yeni tarixi rekord qiyməti – 0.393 dolları keçərək bazar kapitalizasiyasına görə “TOP-5”-ə daxıl oldu. Doge-nin qiymətinin artmasına əsas səbəb Teslanın qurucusu Elon Muskın twitter-də yeni paylaşması oldu. Musk İspaniyalı rəssam Joan Miro-nun rəsm əsərini “DOGE aya uçur” şərhi ilə tweet etdi. Bundan sonra Dogecoin sürətlə artmağa başladı və bazar kapitalizasiyası 51 milyard dollara şatdı. Dogecoin 2021-ci ildə ümumilikdə 5000% artım göstərib.


