Dünyanın ən iri sığorta şirkətlərindən biri olan AXA Group-un İsveçrədəki filialı ödəniş vasitəsi kimi bitcoin (BTC) qəbul etməyə başlayıb. AXA Switzerland aprel ayından başlayaraq həyat sığortasından başqa şirkətin bütün məhsulları üzrə ödənişləri bitcoin ilə qəbul edir. Ödəniş təminatçısı isə Bitcoin Suisse olacaq.
AXA Insurance Ltd 2019-cu ildə 18-55 yaş arasındakı insanlardan kriptovalyutalar haqqında nə düşündükləri haqqında bir bazar araşdırması aparmışdı. Hələ o zaman da, respondentlərin təxminən üçdə biri kriptovalyutalara sahib olduqlarını və ya onlarla maraqlandıqlarını qeyd etmişdilər. Koronavirus pandemiyası son bir ildə rəqəmsal transformasiyanı daha da sürətləndirdi və beləliklə kriptovalyutaların çoxalmasına səbəb oldu. Kripto-ödənişlərə artan tələbi nəzərə alaraq AXA müştərilərinə ödəniş kimi bitcoin ilə ödəmə imkanı yaratmağı qərara alıb.

