Gürcüstan rəqəmsal valyuta – “Digital Gel” buraxacaq

    Gürcüstan Mərkəzi Bankı mayın 5-i milli rəqəmsal valyutanın (CBDC) buraxılması imkanlarını nəzərdən keçirdiyini açıqlayıb. Mərkəzi Bank bu qərarını “daxili ödəmə sisteminin səmərəliliyinin və maliyyə əlçatanlığının artırılması” yolu kimi əsaslandırıb. Bu məqsədlə Mərkəzi Bank maliyyə qurumlarını və digər FİNTEX şirkətləri “Digital Gel” adlı layihədə iştirak etməyə dəvət edib. CBDC-nin tətbiqi ölkədə maliyyə xidmətlərinin səmərəliliyini artırmaqla yeni maliyyə texnologiyalarının tətbiqinə və maliyyə xidmətlərinə çıxışın sadələşdirilməsinə kömək edəcəkdir.

Müəllif:  Elnur Quliyev

Bir cavab yazın