SpaceX Dogecoin ilə ödəniş qəbul edəcək

ABŞ-ın məşhur kosmik şirkəti SpaceX Geometric Energy Corporation ilə “DOGE-1” ay missiyası çərçivəsində kosmosa 40 kiloqramlıq bir peykin buraxılması üçün ilk dəfə olaraq dogecoin ilə ödəniş qəbul edəcək. Peyk 2022-ci ildə “Falcon 9” raketi ilə Ay orbitinə çatdırılacaq. SpaceX-in kommersiya satışları üzrə vitse-prezidenti Tom Ochinero bu missiyanın Yer kürəsi xaricində kriptovalyuta istifadəsini nümayiş etdirəcəyini və planetlərarası kripto-ödənişlərin təməlini qoyacağını qeyd edib. Bu məlumatı SpaceX-in icraçı direktoru Elon Musk twitter-də təsdiqlədi.

Müəllif:  Elnur Quliyev

Leave a Reply