İngiltərədə fəaliyyət göstəərən məşhur pizza restoran şəbəkəsi Papa John’s öz müştərilərinə pizza alarkən bitcoin verəcəyini elan edib. Ən azı 30 funt xərcləyən müştərilər, sifarişlərində 15 funt sterlinq endirim, eləcə də pulsuz bitcoin şəklində 10 funt alacaqlar. 10 funt dəyərində olan bitcoin Luno kriptovalyuta birjası vasitəsilə veriləcək. Papa John’s rəsmi veb saytında kriptovalyutanın verilməsi təlimatı qeyd edilib. Təlimata əsasən müştəri Luna mobil tətbiqini yüklməli, www.luno.com-da qeydiyyatdan keçməli, promo kodu yükləməli müvafiq xanada yükləməlidir.

