Shiba Inu (SHIB) – Binance və KuCoin birjasına listinq edildi

Dövriyyəsinə görə ən iri kriptovalyuta birjaları olan Binance və KuCoin mayın 10-u Shiba Inu (SHİB)-i listinq etdilər. Bundan əvvəl SHİB yalnız Huobi Global, OKEx, BitForex birjalarında ticarət edilirdi. Ümimi sayı 394,796,000,000,000 olan SHİB ilk dəfə birjaya çıxarılarkən qiyməti 0.0000195 dollar olub. Hazırda isə SHİB 0.000034 dollara yüksəlməklə bazar kapitalizasiyasında görə 17-ci pilləyə yüksəlib.

Dogecoin (DOGE) bazar kapitalizasiyasına görə top kriptovalyutalar siyahısına daxil olduqdan sonra yeni nəsil rəqəmsal aktivlər – Kishu Inu (KISHU), UnderDog (DOG), DogeCash (DOGEC), Doge Token (DOGET), renDOGE (RENDOGE), DogeFi (DOGEFI) və Shiba Inu (SHIB) yarandı. Shiba Inu (SHİB) – ethereum blokçeyinində ERC-20 standartı əsasında yaradılan tokendir. Bu kripto aktivi yaradan komanda bu tokeni DOGECOIN KILLER adlandırırlar.

Müəllif:  Elnur Quliyev

Leave a Reply