Citibank: Aktivlərin tokenləşdirilməsi maliyyə sisteminin gələcəyidir

Citibank-ın Müştəri Əməliyyatları üzrə icraçı direktoru Tony McLaughlin Finnovex sammitində çıxışı zamanı aktivlərin tokenləşdirilməsini maliyyə sistemi və ödəmə sənayesinin gələcəyi olacağını deyib. Tony McLaughlin rəqəmsal aktivlərin maliyyə sənayesinin ayrılmaz bir hissəsi olmaq üçün yaxşı bir şansa sahib olduğunu deyib. Bununla birlikdə, O əlavə edib ki, hazırki mərhələdə tokenləşdirilmiş aktivlər hələ də təkamül prosesindədir. Onların kütləvi tətbiqi bankların və dövlət qurumlarının innovativ həlləri tətbiq etmək istəyindən asılıdır.

Leave a Reply