Crypto Consulting MMC – Azərbaycanın ilk kriptovalyuta şirkəti

Crypto Consulting Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) – rəqəmsal aktivlər və blokçeyn texnologiyası mövzusunda təlim və özəl konsultasiya xidmətləri təqdim edən, həmçinin, Azərbaycanda bu fəaliyyət istiqaməti üzrə rəsmi qeydiyyatdan keçmiş ilk kriptovalyuta şirkətidir. Şirkətin əsas məqsədi Azərbaycanda maliyyə savadlılığının artırılması, rəqəmsal aktivlər və innovativ texnologiyalar üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və rəqəmsal maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılmasına töhvə verməkdir.

Crypto Consulting MMC-nin əsas fəaliyyət istiqamətləri:

  • təhsil müəssisələri, dövlət və özəl sektoru təmsil edən idarələr üçün təqdimat, seminar və workshopların keçirilməsi;
  • investorlar üçün rəqəmsal aktivlər üzrə investisiya tövsiyyələri və investisiya portfelinin idarə edilməsi üzrə konsultasiya;
  • individual təlim paketi: nəzəri və praktiki biliklərin öyrədilməsi;
  • rəqəmsal texnologiyalar üzrə müvafiq tədqiqat və araşdırmaların aparılması;
  • ETF investisiyalar üzrə konsultasiya;
  • startap layihələrə maliyyə resurslarının (crowdfunding) cəlb edilməsi;
  • biznesin tokenizasiyası.

Crypto Consulting MMC Azərbaycanda ilk dəfə olaraq korporativ şirkətlər, potensial investorlar və sıravi vətandaşlar üçün rəqəmsal aktivlər və kriptovalyuta ticarəti üzrə 2 təlim paketi təklif edir:

  • Rəqəmsal aktivlər investisiya aləti kimi: mahiyyəti və əsas xüsusiyyətləri.
  • Mini Trader.

Təlimin adı: Rəqəmsal aktivlər investisiya aləti kimi: mahiyyəti və əsas xüsusiyyətləri.

Nəzəri biliklər:

  1. Elektron pullar, rəqəmsal valyutalar, kriptovalyutalar – mahiyyəti və əsas fərqlər.
  2. Kriptovalyuta nədir? Kriptoqrafiya və Blokçeyn texnologiyasının tətbiqi istiqamətləri.
  3. Rəqəmsal valyutalar: tarixi və növləri (stabilcoin, CBDC, token). İlk kriptovalyuta – Bitcoin.
  4. Elektron cüzdanlar (e-wallet).
  5. Kriptovalyuta bazarında qiymətlərə təsir edən əsas fundamental faktorlar.
  6. Rəqəmsal aktivlər üzrə ticarət platformaları (kripto-birjalar, mübadilə servisləri)  
  7. Kriptovalyutaların alınması və nağdlaşdırma üsulları. Kripto-bankomatlar (ATM)
  8.  Kriptovalyutalar üzrə əsas risklər.
  9.  Kriptovalyutalar haqqında faydalı məlumatlandırıcı saytlar, mobil tətbiqlər. Kriptoterminlər.
  10. Kriptovalyuta arbitraji, indekslər, birjadankənar brokerlər (OTC), kripto fondlar.
  11. Azərbaycanda kriptovalyuta əməliyyatlarının vergiyə cəlb edilməsi mexanizmi.

Praktiki təlim (mini treyder):

  • Birjada (binance) qeydiyyat və verifikasiya, birajaya vəsaitin mədaxil və məxaric edilmə qaydaları.
  • Real vaxt rejimində birjada alqı-satqı əməliyyatlarının aparılması. “Stop Lost” və “Take Profit” funksiyaları. Fyuçers ticarəti: Short və Long əməliyyatlar.
  • TradingView platformasında alətlərdən istifadə qaydaları.
  • Kriptovalyuta bazarında ticarət strategiyaları. İnvestor və treyder yanaşmaları.
  • İnvestisiya (uzunmüddətli) etmək üçün kriptovalyutaların seçilməsi qaydası. Treydinq (qısamüddətli) üçün prespektivli kriptovalyutalar.

Qeyd: Təlim öncədən qeydiyyatdan (kriptoinvest.az@gmail.com) keçmək şərti ilə individual aparılır. Təlimin nəzəri hissəsi mövzular üzrə təqdimat formatında, parktiki hissəsi isə birjada real vaxt rejimdə əməliyyatlar ilə izah ediləcək. Təlimin müddəti 2.5-3 saat. Qiyməti: 150 AZN

Crypto Consulting MMC-nin təsisçisi və direktoru Elnur Quliyev

Crypto Consulting MMC-nin təsis etdiyi kriptoinvest.az portalı hazırda bu sektoru üzrə maarifləndirmə işləri ilə aktiv məşğul olur. Kriptoinvest.az – Azərbaycan dilində kriptovalyuta və blockchain texnologiyası haqqında 2017-ci ildə yaradılan ilk milli resursdur. Bu layihənin əsas məqsədi oxuculara rəqəmsal texnologiyalar, blockchain, İCO, DeFi və kriptovalyuta sənayesi barədə dünyada baş verən ən maraqlı xəbərləri operativ çatdırmaqdır. Bundan əlavə olaraq, saytda dünyada və Azərbaycanda baş verən iqtisadi, sosial və ümumiyyətlə faydalı ola biləcək xəbər və məqalələr yerləşdirilir.

Leave a Reply