Pavilions Hotels&Resorts lüks otellər qrupu ödəniş vasitəsi kimi kriptovalyutalar (BTC, ETH) qəbul etməyə başlayıb. Bu təşəbbüs rəqəmsal ödənişləri qəbul etməyə imkan yaradan Coindirect ödəniş prossesorunun dəstəyi ilə baş tutub. Bununla da, Pavilions otellər şəbəkəsi kriptovalyuta qəbul edən ilk otel qrupu oldu. Pavilions Hotels&Resorts şəbəkəsi Madrid, Roma, Lissabon, Bali, Tayland, Monqolustan və Himalayadakı otellər də daxil olmaqla Avropa və Asiya regionlarında otellərə sahibdir.


