Lookout Threat Lab-ın təhlükəsizlik üzrə mütəxəssisləri 170-dən (25-i Google Play-də) çox android tətbiqetmələrinin kriptovalyuta mayninqi ilə maraqlanan insanları aldatdığını müəyyən ediblər. Bu tətbiqetmələr özlərini kriptovalyuta üçün ödənişli bulud mayninq xidmətləri kimi reklam edirdilər. Analiz zamanı məlum olub ki, faktiki olaraq bu tətbiqetmələrdə kripto-mayninq prosesi aparılmır. Əsas məqsəd hər hansı bir real xidmət göstərmədən istifadəçilərdən qanuni ödəniş prosesləri yolu ilə pul oğurlamaqdır. Saxta tətbiqetmələri artıq 93.400 istifadəçi yükləmə edib və minimal hesablamalara əsasən 350.000 dollar mənimsənilib. Android istifadəçilərini qorumaq üçün Google dərhal bu tətbiqləri Google Play-dən sildi.

