CoinATMradar.com-ın 01.08.2021 tarixinə olan məlumatına əsasən dünyada 24.459 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 79.3%-də kriptovalyutaları yalnız almaq, 20.7%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 73%-i Litecoin, 58%-i Ethereum, 29%-i Bitcoin Cash, 28.3% Dogecoin, 17.7%-i Dash, 13.7%-i Tether (USDT) dəstəkləyir.

Bankomatların 93.6%-i Amerika, 4.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 21575, Kanada- 1731, Böyük Britaniya- 172, Avstriya- 157, Isveçrə-125, İspaniya-112 və s.
Kripto bankomantların dünyada illər üzrə sayı:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2.028 ədəd
- 2018-ci il – 4.109 ədəd
- 2019-cu il – 6.387 ədəd
- 2020-ci il – 13.661 ədəd
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Müəllif: Elnur Quliyev
