Çinin smartfon markası Honor 12 avqustda rəqəmsal yuan dəstəyi olan ilk ağıllı telefonunu – Magic 3 təqdim etdi. Yeni nəsil smartfon modeili Qualcomm Snapdragon 888 Plus prosessoru ilə təchiz edilib. Honor-un icraçı direktoru Zhao Ming, mətbuat konfransında Honor Magic 3 modelinin rəqəmsal yuanı dəstəkləyən ilk smartfon olduğunu açıqlayıb.


