İctimai TV-nin “Sabahın xeyir, Azərbaycan!” səhər verlişində hazırda aktual mövzulardan biri olan kriptovalyutalar müzakirə edilib. Verlişdə qonaq qismində kriptovalyutalar üzrə araşdırmaçı və startapçı Qurbanəli Ömər iştirak edib və kriptovalyutalar, bitcoin-in üstün cəhətləri, yerli startaplar (ATC), rəqəmsal valyutalarla bağlı risklər barədə sualları cavablandırıb.
“Sabahın xeyir, Azərbaycan!” İctimai TV-nin ən baxımlı verlişlərindən biridir və həftəiçi hər gün saat 08:10-da yayımlanır. Verlişdə dünyada və Azərbaycanda baş verən hadisələr, gündəmdə olan aktual mövzular müzakirə edilir.
