ABŞ ordusu blockchain texnologiyasından istifadə edir

Komandanlıq, nəzarət, rabitə, kibertəhlükəsizlik, müşahidə və kəşfiyyatdan (C5ISR Heart) məsul olan ABŞ ordusunun hərbi mühəndisləri əməliyyat məlumatlarının idarə edilməsində blockchain əsaslı texnologiyaları sınaqdan keçirirlər. Müasir müharibədə orduların canlı qüvvə və texnikanın fiziki məhvindən daha çox kiberhücumlara qarşı həssaslığı önəmli faktordur. Bu səbəbdən hərbi əməliyyatlara taktiki dəstək üçün inkişaf etmiş bir kommunikasiya infrastrukturu və ən əsası qorunan rəqəmsal mühit çox əhəmiyyətlidir. Rabitə vəsaitlərinə nəzarəti ələ keçirmək düşmənə məlumatları idarə etməyə imkan yaradır. Buna görə də, məlumat mənbəyinin leqitimliyini, daxil olan məlumatların dəqiqliyi və izlənilməsini təsdiq etmək vəzifəsi ön plana çıxır. Bunu həyata keçirmək üçün blockchain texnologiyasından istifadə edərək məlumatların ötürülməsinə yeni bir yanaşma hazırlanır. Bu yanaşma, komandanın kritik qərarlar verərkən daxil olan məlumatların bütövlüyünə və etibarlılığına tam əmin olmasına imkan verəcək. Məlumat mənbəyinin kimliyini yalnız şəbəkədəki girişlə deyil, bir çox parametrlə təsdiqləməyə imkan verən identifikasiya tətbiqləri üçün daxili blockchain istifadəyə verilib. ABŞ ordusu blockchain texnologiyasından istifadə etməklə “Information Trust” proqramı çərçivəsində məlumatların emalı və idarəetməsı üzrə yeni qabiliyyətlərini inkişaf etdirir.

Xatırladaq ki, 2019-cu ildə Tezos, Fransa ordusu tərəfindən əməliyyat məqsədləri üçün istifadə edilən ilk blockchain olub. Fransız ordusunun kibercinayətkarlıq ilə mübarizə idarəsi (C3N) smart (ağıllı) müqavilələrdən istifadə edirdi. Smart müqavilə C3N-ə əməliyyat xərclərini ödəmək üçün Europol tərəfindən ayrılan vəsaitdən kriptovalyuta ilə ödənişləri almağa imkan verdi.

Müəllif:  Elnur Quliyev

Leave a Reply