Dogecoin kriptovalyutasına həsr edilən ilk rəsmi müsiqi festivalı – Dogepalooza 9 oktyabr 2021-ci ildə ABŞ-ın Texas ştatının Şuqarlend şəhərində keçiriləcək. Bu tədbirin keçirilməsinin əsas məqsədi Dogecoin cəmiyyətini birləşdirmək və motivasiya etməkdir. Festivalın şüarı: Hər gün yalnız yaxşılıq et (Do Onlу Good Everуdaу və ya DOGE).
Hazırda Dogecoin-in qiyməti 0.3 dollardır və 39.4 milyard dollarlıq bazar kapitalizasiyası ilə “Top 7”-də yer tutur.

