Vast Bank – kripto bankinq xidməti təqdim edən ilk ABŞ bankı

ABŞ-ın Oklahoma ştatında fəaliyyət göstərən Vast Bank öz müştərilərinə mobil bankinq xidmətindən istifadə etməklə birbaşa kriptovalyuta almaq imkanı təqdim edib. Bankın müştəriləri Vast Bank Crypto Banking tətbiqi ilə 7 kriptovalyutanı – Bitcoin (BTC), Bitcoin Cash (BCH), Cardano (ADA), Ethereum (ETH), Litecoin (LTC), Orchid (OXT), Algorand (ALGO) ala biləcək. Bununla da, Vast Bank müştərilərinə birbaşa bank hesablarından kriptovalyuta almaq, satmaq və saxlamağa icazə verən ilk ABŞ bankı oldu. Kriptobankinq xidmətindən istifadə etməklə müştərilər 24/7 rejimində kriptovalyuta almaq və öz kriptovalyuta portfelini idarə etmək imkanı əldə edəcək. Vast Bank kriptobankinq xidmətinin təqdim edilməsi üçün Coinbase birjası və SAP Banking Services ilə əməkdaşlıq edir.

Leave a Reply