Kuba hökuməti kriptovalyutaları tanıyacağını və onları qanunvericilik səviyyəsində qəbul edəcəyini açıqlayıb. Kubanın mərkəzi bankı – Banco Central de Cuba (BCC), kriptovalyutalar və rəqəmsal aktivlər üzrə xidmətlər təklif edən şirkətlərin lisenziyalaşdırılması üçün qaydalar hazırlayıb. Bu qaydalar kriptovalyutalar ilə ödənişlərin mümkünlyünü leqallaşdıracaq. Bütün ödənişlər dövlət tərəfindən izləniləcək.

