Lukaşenko: Kriptovalyuta mayninqi ilə məşğul olun

Belarus prezidenti Aleksandr Lukaşenko avqustun 27-si «Беларуськалий» dövlət müəssisəsinin işçiləri ilə görüşdə belaruslara gedib polyaklara və ya almanlara çiyələk yiğmaqdansa kriptovalyuta mayninqi (mədənçilik) ilə məşğul olmağı tövsiyyə edib. Aleksandr Lukaşenko: Belaruslara xaricdə demək olar ki, heç bir sənaye sektorunda tələbat yoxdur, onlar öz torpağıda qalmalıdı, işdən sonra faydalı bir işlə məşğul olmalıdırlar. İstixanalar tikin, elektriklə nəsə yaradın. kriptovalyuta mayninqi ilə məşğul olun. Ölkədə elektrik enerjisi kifayət qədərdir. Öz torpağınızın qədrini bilin.”

Belarusiyada 2017-ci ildə “Rəqəmsal İqtisadiyyatın İnkişafına dair” 8 saylı Fərman qəbul edildikdən sonra kriptovalyutalarla bağlı fəaliyyət leqallaşdırıldı. Kriptovalyuta sektoru 2023-cü ilədək vergilərdən azaddır və ölkə vətəndaşları rəqəmsal valyutalara sahib olmaq, saxlamaq və satmaq hüququna malikdirlər.

Leave a Reply