Shop.com ödəniş vasitəsi kimi kriptovalyuta qəbul edir

ABŞ-ın e-ticarət platforması Shop.com ödəniş vasitəsi kimi kriptovalyutalar qəbul etməyə başlayıb. Bu təşəbbüs rəqəmsal ödənişləri qəbul etməyə imkan yaradan BitPay kripto ödənişlər platforması ilə əməkdaşlıq sayəsində həyata keçiriləcək. “Market America” şirkətinə məxsus Shop.com-da ödəniş vasitəsi kimi 6 kriptovalyuta: bitcoin (BTC), ethereum (ETH), litecoin (LTC), bitcoin cash (BCH), Dogecoin (DOGE) və WBTC ilə alış etmək imkanı yaradılıb. Sifariş zamanı Shop.com istifadəçiləri öz kriptovalyuta cüzdanlarını istifadə edərək BitPay operatoru vasitəsilə ödəniş edə biləcəklər.

Leave a Reply