Salvador prezidenti Nayib Bukele öz twitter hesabı vasitəsi ilə ölkəsinin 200 bitcoin (BTC) aldığını açıqlayıb. Bununla da, Salvador rəsmən bitcoin olan ilk ölkə oldu.
Xatırladaq ki, Salvador Qanunvericilik Məclisi iyunun 8-i ilk kriptovalyuta olan bitcoin-i ölkə ərazsində rəsmi ödəniş vasitəsi kimi tanıyan qanun layihəsini qəbul etmişdi. Qanun sentyabrın 7-si tarixində qüvvəyə minir. Hökumət bitcoin-i ölkənin əsas valyutası olan ABŞ dollarına anında avtomatik çevrilməsinə zəmanət verir. Bunun üçün hökumət rəqəmsal aktivin xalqdan alınması üçün 150 milyon dollar fond yaradacaq.

