Türkiyə Mərkəzi Bankı rəqəmsal lirə ilə bağlı platforma yaratdı

Türkiyə Mərkəzi Bankı rəqəmsal türk lirəsini (Dijital Türk Lirası) test etmək və gələcəkdə ölkənin mövcud ödəmə infrastrukturuna tətbiqi üçün yeni platforma yaratdı. Mərkəzi Bank sentyabrın 15-i texnologiya şirkətləri olan AselsanHavelsan, Türkiyənin Elmi və Texniki Araşdırma Şurası (TÜBİTAK) və İnformasiya Təhlükəsizliyi Araşdırma Mərkəzi (BİLGEM) ilə birgə müqavilə imzaladı. Yeni yaradılan “Dijital Türk Lirası İşbirliği Platformu” adlı platforma rəqəmsal valyutasının potensial faydaları ilə bağlı araşdırmalar aparacaq. Rəqəmsal valyutanın istifadəyə verilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu anlamaq üçün Mərkəzi Bank rəqəmsal lirənin texnoloji alternativlərini öyrənəcək. Bundan əlavə, mövcud texnologiyaların rəqəmsal lirənın iqtisadi, hüquqi və maliyyə tələblərinə cavab verməsini təmin edib-etməyəcəyini müəyyənləşdirmək əsas hədəf qoyulub.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply