Budapeştdə “Satoshi Nakamoto” heykəli qoyuldu

Macarıstanın paytaxtı Budapeşt şəhərində “Satoshi Nakamoto” heykəli qoyuldu. Bitcoin-in yaradıcısı hesab edilən Satoshi Nakamotoya həsr edilən və üzərində bitcoin loqotipi olan bürünc heykəlin təqdimetmə mərasimi sentyabrın 16-sı Graphisoft Park-da baş tutub. Heykəl, “hamımız Satoshiyik” fikrini tamaşaçılara çatdırmaq üçün heykəltəraşlar Gergely Reka və Tamas Gilly tərəfindən hazırlanıb. Bu layihənin əsas təşəbbüskarları Kripto Akademia, Blockchain Association Hungary və Bitcoin and Blockchain Budapest olub.

Leave a Reply