R.T.Ərdoğan: Kriptovalyutalara qarşı ayrı bir mübarizəmiz var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 18-i Mersin şəhərində tələbələrlə görüşü zamanı rəqəmsal valyutalarla bağlı maraqlı açıqlama verib. Tələbələrdən biri kriptovalyutalarla bağlı prezidentin mövqeyini öyrənmək üçün sual verib və R.T.Ərdoğan cavab olaraq kriptovalyutalara qarşı mübarizə aparaqclarını və milli rəqəmsal valyuta ilə yola davam edəcəklərini bildirib.

R.T.Ərdoğan: “Bizim kripto paraya açılma diye bir derdimiz kesinlikle yok. Tam aksine onlara karşı ayrı bir savaşımız, ayrı bir mücadelemiz var. Onlara da böyle bir prim zaten asla vermeyiz. Vermeyeceğiz de. Biz şu anda bu konuda kendi asli hüviyeti olan paramızla yola devam edeceğiz.”

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı rəqəmsal türk lirəsini (Dijital Türk Lirası) test etmək və gələcəkdə ölkənin mövcud ödəmə infrastrukturuna tətbiqi üçün sentyabrın 15-i texnologiya şirkətləri olan Aselsan və Havelsan, Türkiyənin Elmi və Texniki Araşdırma Şurası (TÜBİTAK) və İnformasiya Təhlükəsizliyi Araşdırma Mərkəzi (BİLGEM) ilə “Dijital Türk Lirası İşbirliği Platformu” yaratdı. Bu platforma rəqəmsal valyutasının potensial faydaları ilə bağlı araşdırmalar aparacaq və rəqəmsal lirənın iqtisadi, hüquqi və maliyyə tələblərinə cavab verməsini təmin edib-etməyəcəyini müəyyənləşdirəcək.

Leave a Reply