AzTv-də kriptovalyuta müzakirəsi (video)

Azərbaycanın ilk milli televiziya kanalı AzTV-də oktyabrın 7-si kriptovalyuta mövzusu müzakirə edilib. AzTV-nin “İqtisadiyyat xəbərləri” proqramında kriptovalyutalar, onların qiyməti və tənzimlənməsi ilə bağlı süjet təqdim edilib. Süjetdə həmçinin, Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənnin Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən tədris planına daxil edilməsi və tələbələrə bu fənn üzrə hansı mövzularda biliklərin öyrədiləcəyi barədə məlumat verilib.  

Leave a Reply