ABŞ-ın SEC tərəfindən təsdiq edilmiş ilk bitcoin ETF-i olan “Bitcoin Strategy ETF” oktyabrın 19-u Nyu-York Birjasında (NYSE) BITO tikeri ilə ticarətə başlayıb. Bitcoin Strategy ETF ilə investorlar birbaş kriptovalyuta almadan bitcoin-in qiymətinin qalxması və enməsindən qazanmaq imkanı əldə edirlər. ProShares şirkətinin təqdim etdiyi bitcoin ETF birja iştirakçıları arasında böyük marağa səbəb olub. Listinqdən dərhal sonra BITO 40-dan 42.09 dollara qalxdı və sessiyanı 41.94 dollar ilə bağladı. İlk ticarət sesiyasında ETF-in dövriyyəsi 1 milyard dollardan çox olan 24,1 milyon səhm təşkil etdi.
Xatırladaq ki, ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası (SEC) oktyabrın 15-i ProShares şirkəti üçün Çikaqo Əmtəə birjasının (CME Group) bitcoin fyuçerslərinə əsaslanan “Bitcoin Strategy ETF”-i təsdiq etdi.
Müəllif: Elnur Quliyev


