ABŞ-ın Hyuston şəhərinin yanğınsöndürənlərinin pensiya fondu (Houston Firefighters’ Relief and Retirement Fund – HFRRF) oktyabrın 21-i kriptovalyutalara (bitcoin və ethereum) investisiya etdiyini elan etdi. Dividend şəklində qazanc əldə etmək üçün kripto aktivlərdən istifadə təşəbbüsü Amerika təqaüdçülərinin özlərindən gəlib. İnvestisiyanın həcmi 25 milyon dollar təşkil edib və sövdələşmə NYDIG tərəfindən həyata keçirilib. Bu, ABŞ-da dövlət pensiya fondu tərəfindən BTC-yə edilən ilk investisiya oldu.
HFRRF fondu 1937-ci ildə yaradılıb və hazırda 6600-dən çox aktiv və təqaüddə olan yanğınsöndürənlər və xilasedicilər daxildir. 1 iyul 2004-cü il tarixindən etibarən yanğınsöndürənlər maaşlarının 9%-i HFRRF-ə köçürülür.

