ABŞ-ın Walmart supermarketlər şəbəkəsi müştərilərinə bitcoin almaq imkanı təklif etməyə başlayıb. Bunun üçün Walmart-da 200 ədəd Coinstar terminalı quraşdırılıb. Coinstar müştərilərə nağd pul müqbilində bitcoin almağa imkan yaradan CoinMe ilə əməkdaşlıq edir.
Müştəri nağd pulu terminala mədaxil etdikdən sonra kupon alır. Bundan sonra alıcı CoinMe saytında qeydiyyatdan keçməli, KYC (öz müştərini tanı) prosedurundan keçməlidir. Qeydiyyat tamamlandıqdan sonra o, kupondan istifadə edə bilər. Terminal bitcoin alışı zamanı komissiya 4%, satışı zamanı isə 7% komissiya alır.

