Böyük Britaniyanın Maliyyə Nəzarəti İdarəsi (FCA- Financial Conduct Authority) Crypterium kriptovalyuta şirkətinə ölkədə kriptovalyuta xidmətləri göstərmək üçün lisenziya verib. Bununla da, Crypterium İngiltərə maliyyə tənzimləyicisi tərəfindən rəsmən lisenziya almış şirkətə çevrildi. Crypterium bundan sonra Böyük Britaniya müştərilərinə 170-dən çox ölkədə mövcud olan və təxminən 400.000 istifadəçisi olan kripto-cüzdanı təqdim edə biləcək.
FCA lisenziyası Crypterium-a kriptovalyuta cüzdanı xidmətlərini, o cümlədən kriptovalyuta ticarəti və ödəniş xidmətlərini Böyük Britaniyada “hər kəsə” təqdim etməyə icazə verdi. Bu lisenziya Crypterium-a Böyük Britaniya bizneslərini digər dəstəklənən ölkələrlə eyni səviyyədə funksionallıqla təmin etməyə imkan verən qarşıdan gələn Brexit tədbirləri fonunda xüsusilə vacibdir.


