Facebook adını dəyişdi – Meta

Facebook Inc. oktyabrın 28-i şirkətin adını Meta olaraq dəyişdirdiyini elan etdi. Şirkətin sosial mediadan kənarda artan ambisiyalarını əks etdirən ad dəyişikliyi Mark Zukerberq tərəfindən Facebook Connect konfransında açıqlandı. Bu, sosial media nəhənginin ilk böyük rebrendinqi idi. M.Zukerberq mavi Mobius zolağı şəklində şirkətin loqotipini də təqdim edib. M.Zukerberq “Facebook” sosial şəbəkəsinin adının dəyişilməyəcəyini də əlavə edib və bildirib ki, əsas şirkətin adının Meta olaraq dəyişdirilməsinin fərdi proqramlara aidiyyatı yoxdur. Tərkibində Facebook, WhatsApp, İnstagram kimi qurumları birləşdirən Meta şirkəti əsasən virtual və artırılmış reallıq məsələlərinə fokuslanacaq.

Leave a Reply