Bitcoin noyabrın 9-u 68.000 dollarlıq həddi keçərək 68.515 dollara qədər bahlaşmağı bacardı. CoinMarketCap.com-a əsasən 09.11.2021 tarixinə kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 13.830, ümumi bazar kapitalizasiyası 2.9 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 68.215 dollar, bazar kapitalizasiyası isə 1.2 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 43.7%-ni təşkil edir.
Etehereum (ETH) kriptovalyutası da yeni rekorda imza atdı – 4,819 dollar.

