Tim Cook: Investisiya portfelimdə kriptovalyutalar var

ABŞ-ın Apple korporasiyasının baş direktoru Tim Cook investisiya portfelində kriptovalyutaların olduğunu açıqlayıb. New York Times-ın təşkilatçılığı ilə keçirilən Dealbook konfransında Tim Cook qeyd edib ki, kriptovalyutalara şəxsən sahib olsa da, Apple-ın rəqəmsal valyutaları dəstəkləmək üzrə hələ ki, konkret planları yoxdur.

Tim Cook: “Mənim investisiya portfelimdə kriptovalyutalar var. Hesab edirəm ki, bu portfelin diversifikasiyası üçün tamamilə ağlabatan addımdır. Ancaq bunu investisiya məsləhəti kimi qəbul etməyin. Artıq bir müddətdir ki, kriptovalyutalarla maraqlanıram, ona görə də bir az araşdırma apardım və rəqəmsal aktivlər aldım. Hesab edirəm ki, bu maraqlı aktiv növüdür.”

Leave a Reply