Goldman Sachs: Qızıl kasıbların kriptovalyutası olacaq

Dünyanın ən iri investisiya banklarından biri olan Goldman Sachs-ın enerji tədqiqatları departamentinin rəhbəri Damian Courvalin Bloomberg agentliyinə verdiyi müsahibədə qızıl və kriptovalyutaların (bitcoin) perspektivlərindən danışıb. Damian Courvalin hesab edir ki, hazırda bazarda hər iki aktiv – qızıl və bitcoin üçün kifayət qədər yer olsa da, gələcəkdə qızıl virtual rəqibdən geri qalmağa başlayacaq.

Damian Courvalin: “Xüsusi dəyəri olmayan metaldan fərqli olaraq, bitcoin faydalı texnologiya formatında güclü üstünlüyə malikdir. Tendensiya onu göstərir ki, investorlar aktiv şəkildə qiymətli metallar bazarından vəsait çıxarır, onları kriptovalyutaya yönəldirlər. Kriptovalyutanın dəyəri – onunun texnologiyası və şəbəkəsindədir, necə ki, neftin dəyəri – onun istehlak faktıdır. Lakin qızıl, brilyant və sənət əşyaları bu xüsusiyyətlərə malik deyil. Onlar yalnız əhəmiyyətli bir müddət ərzində dəyərini artıra bilən alternativ “qoruyucu” aktivləridir. Necə ki, biz deyirik gümüş – kasıblar üçün qızıldır, qızılın özü də yoxsullar üçün kriptovalyutaya çevriləcək.”

Müəllif:  Elnur Quliyev

Leave a Reply