Changpeng Zhao: Portfelimdə iki kriptovalyuta var

      Dövriyyəsinə görə dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in icraçı direktoru Changpeng Zhao (CZ) Associated Press-ə verdiyi müsahibədə öz kriptovalyuta portfelində yalnız Bitcoin (BTC) və Binance Coin (BNB) olduğunu açıqlayıb. O, bunu maraqların toqquşmasından qorunmağın zəruriliyi ilə izah edib.

Changpeng Zhao: “Əslində, mən aktiv investor deyiləm. 2014-cü ildə biraz bitcoin aldım və onların çoxunu hələ də elektron cüzdanımda saxlamağa davam edirəm. Digər aktivlərdən isə yalnız BNB. Maraqlar toqquşmasının qarşısını almaq üçün mən qəsdən digər kriptovalyutalara investisiya etmirəm. Mənim portfelim ümumiyyətlə diversifikasiya edilməyib və mən bu strategiyanı başqalarına təkrar etməyi məsləhət görməzdim”.

Ticarət dövriyyəsi və valyuta çütlüklərinin sayına görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance hazırda kripto sektorun ən populyar platformalarından biridir. Binance birjası faktiki olaraq kriptovalyuta ticarəti üzrə ən likvid birja hesab olunur və 2017-ci ilin iyul ayında yaradılıb. Şirkətin rəsmi adı – BINANCE Holding Limited, rəsmi sayt – binance.com, rəsmi qeydiyyat ünvanı – Kayman adaları, birjanın təsisçisi və CEO-su Changpeng Zhao (CZ). Birjanın daxili tokeni Binance Coin (BNB) – bu token birja daxilində ticarət komissiyalarının azaltmaq, həmçinin İEO və Launchpool-da iştirak üçün istifadə olunur. Məsələn, birjada ticarət üzrə əməliyyat komissiyası 0.1% təşkil edirsə, BNB ilə bu 0.075% olacaq.

Leave a Reply