Dünyanın ilk kriptovalyuta şəhəri – «Bitcoin City»

Salvadorda dünyanın ilk kriptovalyuta şəhəri – “Bitcoin City” tikiləcək. Salvador hökuməti bu şəhəri ilk kriptovalyuta olan bitcoin-in şərəfinə həsr etdiklərini bəyan edib. Şəhər sakinləri bütün vergilərdən (ƏDV istisna olmaqla) azad olunacaq və yeni şəhərdə yalnız bərpa olunan geotermal enerji mənbələrindən istifadə ediləcək. Bunu Salvador prezidenti Nayib Bukele 21 noyabrda keçirilən Bitcoin Week konfransında açıqlayıb.

Nayib Bukele: “Bitcoin City-də rəqəmsal və texnoloji təhsil, bütün şəhər üçün geotermal enerji, səmərəli və ekoloji ictimai nəqliyyata sahib olacağıq.”

“Bitcoin City”-nin tikintisini maliyyələşdirmək üçün Salvador hökuməti 1 milyard dollar dəyərində tokenləşdirilmiş 10 illik istiqrazlar buraxacaq. Bu layihədə ölkənin tərəfdaşları BitfinexBlockstream olacaq. Bitfinex-in texniki direktoru Paolo Ardoino bildirib ki, şirkət ölkə səlahiyyətliləri üçün tokenləşdirilmiş aktivlər yaratmaq üçün platforma hazırlayacaq. Blockstream təhlükəsizlik direktoru Samson Mao isə izah etdi ki, istiqraz buraxılışından toplanan vəsait 2 hissəyə bölünəcək. 500 milyon dollar 5 il müddətinə bitcoinə investisiya ediləcək, digər 500 milyon dollar isə şəhər infrastrukturuna və bitcoin mayninqinə sərf olunacaq.

Salvador dünyada bitcoin-in qanuni ödəniş vasitəsi statusuna malik olduğu ilk ölkədir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply