Xorvatiyanın ən iri supermarketi kriptovalyuta qəbul edir

  Xorvatiyanın ən iri supermarketlər şəbəkəsi olan Konzum dekabrın 1-i ödəniş vasitəsi kimi kriptovalyutaları qəbul edəcəyini elan etdi. Konzum ilkin mərhələdə alış-veriş üçün yalnız onlayn mağazasında ödəniş vasitəsi kimi 9 kriptovalyutanı – Bitcoin (BTC), Ethereum (ETH), Bitcoin Cash (BCH), EOS, Dai (DAI), Ripple (XRP), Stellar (XLM), USD Coin qəbul edir. Bunun üçün, Konzum yerli kripto-ödəniş prosessoru Electrocoin ilə əməkdaşlıq çərçivəsində kriptovalyuta ilə ödənişləri qəbul etməyə imkan verən PayCek sistemini tətbiq edib.

Konzum supermarketlər şəbəkəsi Xorvatiyada 65 ildir fəaliyyət göstərir və 700 mağazası, 10.000-dən çox əməkdaşı var.

Leave a Reply