arb24 TV-də maliyyə piramidaları mövzusu (video)

Azərbaycanın ilk biznes TV kanalı olan arb24 TV-nin “İş vaxtı” verlişində maliyyə piramidaları mövzunda müzakirə aparılıb. Ötən həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək zərərçəkənlərin pul vəsaitini mənimsəyən “Ocos” və “Crowd1” beynəlxalq maliyyə piramidasının Azərbaycan üzrə liderləri həbs olunub. Bununla bağlı həm mediada, həm də cəmiyyətdə bu tip şəbəkə biznesi və ya maliyyə piramidalarının son zamanlar ölkəmizdə daha da inkişaf etməsi səbəbləri araşdırılmaqdadır.

Rəhman Rəsulov və Fidan Mahmudlunun təqdimatında “İş vaxtı” verlişində maliyyə piramidalarının mahiyyəti və xüsusiyyətləri, vətəndaşların bu tip layihələrə qoşulması səbəbləri və investisiya edərkən hansı faktorlara diqqət yetirmək lazımdır mövzusunda maliyyə üzrə ekspert Elnur Quliyev ilə müzakirə aparılıb.

Leave a Reply