İlham Əliyev: Blockchain texnologiyası böyük diqqətə malikdir

“Blockchain texnologiyası böyük diqqətə malik olan sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da, Azərbaycan ön sıralardadır.” Bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “STDC” MMC-nin layihəsi olan məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışı zamanı deyib.

Ümumi investisiya dəyəri 60 milyon dollar olan Data Mərkəzdə yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və təhlükəsizlik avadanlıqlarından istifadə edilib. Data Mərkəzin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq, bu sahədə innovasiyaların tətbiqinə, eləcə də tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə, ixracyönümlü layihələrin icrasına nail olmaq və bu sahəyə xarici investisiyaları cəlb etməkdir.

Leave a Reply