Bitcoin və kriptovalyutaların dəyər itirməsinin əsas səbəbləri

Dünyanın ən popuyar kriptovalyutası olan bitcoin yanvarın 5-dən etibarən kəskin dəyər itirməyə başlayıb və 7,5% ucuzlaşaraq 41.027 dollara qədər endi. Bitcoin-in ardınca əsas altcoinlər də 15-25% dəyər itirməyə başlayıb. Kriptovalyuta bazarının ümumi kapitalizasiyası isə 2 trilyon dollara enib. Kriptovalyuta bazarında hazırda qiymətlərin enməsinə təsir edən iki əsas fundamental fkator var:

1. ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin artılıması ilə bağlı xəbərlər. Kriptovalyuta bazarında qiymətlərin kəskin enməsi ABŞ Federal Ehtiyat Sisteminin (FRS) son iclasının protokollarının dərcindən sonra fond birjalarında başlayan narahatlığı ilə bağlıdır. ABŞ-da inflyasiyanın kəskin artması tənzimləyicini maliyyə-kredit siyasətini sərtləşdirməyə məcbur edir və bu səbəbdən FRS-in cari ilin mart ayında uçot dərəcəsini artırmağı planlaşdırması xəbələri yayıldı. Uçot dərəcəsinin artırılmasından sonra böyük ehtimal ki, FES balansdakı aktivlərin həcmini azaltmağa başlayacaq. Bu o deməkdir ki, iqtisadiyyatın bir çox sektorları 2022-ci ildə tam maliyyələşdirilməyək. Ənənəvi bazarlar FES-in açıqlamasına mənfi reaksiya verdi. S&P 500 (SPX) 2%, Nasdaq Composite (IXIC) 3,34%, Dow Jones (DJI) isə 1,07% ucuzlaşdı. Uçot dərəcəsinin artırılacağı ilə bağlı xəbərlərin yayılması bitcoin qiymətinin kəskin enməsi ilə eyni vaxta “təsadüf” etdi.

2. Qazaxıstandakı kütləvi etirazlar. Bitcoin-in dəyər itiriməsində əsas rolu həmçinin Qazaxıstanda enerji böhranı fonunda qaz qiymətlərinin artması səbəb oldu. Bu artım ölkədə kütləvi etirazlara nəticələndi, hökümət istefaya göndərildi və prezident administrasiyası iğtişaşları yatırmaq üçün fövqəladə vəziyyət elan etdi. Yanvarın 5-i ölkə daxilində internetə çıxışın kəsilməsi ilə yerli maynerlər bitcoin hasilatını dayandırmağa məcbur olublar. Nəticədə, bir çox iri mayininq pullar (1THash, OKExPool, KuCoinPool) üzrə heshreytinin əhəmiyyətli dərəcədə aşağı düşməsi müşahidə olundu. Kembric Universitetinin “Alternativ Maliyyə Mərkəzi”-nin tədqiqatçılarının hesablamalarına əsasən, bitcoin şəbəkəsinin qlobal heshreytinin 18%-i Qazaxıstanın payına düşür. 2020-ci ildə Çin hakimiyyəti ölkədə bitcoin mayninqinə qadağa qoydu və iri maynerlər öz avadanlıqlarını Qazaxıstan da daxil olmaqla digər ölkələrə köçürməyə məcbur olmuşdu.

Hesab edirəm ki, bu vəziyyətdə bitcoin üçün ən aşağı qiymət həddi 33.700-36.200 dollar, yuxarı hədd diapozonu isə 43.500-45.100 dollar olacaq.

Müəllif: Elnur Quliyev

Leave a Reply