Nyu-York şəhərinin yeni seçilmiş meri Eric Adams CNBC-nin “Squawk Box” proqramında çıxışı zamanı kriptovalyuta bazarında son günlərdə davam edən korreksiyasından qorxmamağa çağırıb.
Eric Adams: “Maliyyə bazarlarındakı dalğalanmalar aktivləri sərfəli almaq və satmaq üçün əla fürsətdir. Qiymətlər düşən zaman əsl kriptovalyuta almaq vaxtıdır. Mən ilk üç maaşımı bitcoin ilə almağa hazırlaşıram. Hələ ki, ilk çekimi almamışam. Mən Nyu-Yorkun kriptovalyuta mərkəzinə çevrilməsini istəyirəm.”

Xatırladaq ki, Eric Adams həmyerlimiz Rəna Abbasovanı Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin edib.


Eric Adams 2021-ci ilin noyabr ayında CNN kanalına verdiyi müsahibədə orta məktəblərdə kriptovalyutalarla bağlı dərslərin keçilməsini təklif etmişdi. O, hesab edir ki, məktəblər şagirdlərə rəqəmsal valyutaları mənimsəməyə kömək etməlidir və bunun üçün Nyu-York məktəblərində kriptovalyutalar tədris planına daxil edilməlidir.
Müəllif: Elnur Quliyev
