Slovakiyada uçan avtomobil – AirCar lisenziya aldı

Slovakiyanın Nəqliyyat İdarəsi ilk dəfə olaraq Klein Vision şirkətinə məxsus “AirCar” uçan avtomobilini sertifikatlaşdırıb. Bunun üçün şirkətinin pilotları ümumi müddəti 70 saat olan 200 sınaq uçuşu etməli olublar. Sertifikat Klein Vision şirkətinə AirCar-ı kommersiya məqsədləri üçün istehsal etməyə imkan verir. AirCar 200 kiloqrama qədər iki sərnişin daşımaq qabiliyyətinə malikdir. O, üç dəqiqə ərzində avtomobildən təyyarəyə çevrilir. Avtomobilin arxa tərəfində iki teleskopik qurğu və qatlanan qanad var. Çəkisi 1 ton olan avtomobil 2500 metrə qədər yüksəklikdə 190 km/saat sürətlə uçur. Səmada qəza baş verməsi ehtimalı üçün AirCar-da ballistik paraşüt yerləşdirilib. Layihənin təşəbbüskarı Klein Vision şirkətinin sahibi Stefan Kleindir.

AirCar-ın əsas çatışmayan cəhəti aerodromlara bağlı olmasıdır. Onun şaquli qalxma funksiyası olmadığına görə havaya qalxmaq və ya enmək üçün uçuş zolağına ehtiyacı var.

Leave a Reply