Ricardo Pliego: Bitcoin kağız pullardan daha yaxşıdı

Meksikanın 3-cü ən zəngin adamı və “Grupo Salinas”-ın rəhbəri milyarder Rikardo Salinas Plieqo qeyd edib ki, qızıl və kağız pullar rəqəmsal valyutalardan fərqli olaraq həmişə dövlət müdaxiləsinə məruz qalıb. Onun sözlərinə əsasən, bitcoin-in mərkəzləşdirilməmiş təbiəti rəqəmsal valyutanı qadağan etmək və ya ona nəzarət etməyi xeyli çətinləşdirir, çünki o, vasitəçinin iştirakı olmadan dərhal köçürülə bilər. Bitcoin üçün 21 milyon say limiti BTC sahiblərinə uzun müddətdə sərvətlərini qoruyub saxlamağa imkan yaradır.

Ricardo Pliego: “Bizim kağız valyutada olan aktivlərimiz hökumətlərin nəzarəti altındadır və istənilən an müsadirə oluna bilər. Hökumətlər kriptovalyutaların istifadəsini asanlaşdırmaqda və daha əlçatan etməkdə maraqlı deyil. İnsanlar pul və kağız valyutaların tarixi haqqında fundamental biliklərə malik deyillər. Əks halda bitcoin-in nə qədər dəyərli olduğunu başa düşərdilər.”

Xatırladaq ki, 2021-ci ilin dekabrın 24-də R.Plieqo yeni il təbriki videosunda izləyicilərini 2022-ci ildə bitcoin-ə investisiya etməyi tövsiyyə etmişdir. O, müraciətində “Kagiz pullardan uzaq durun. İstər dollar, istər avro, istərsə də yen – onlar eynidir. Bunlar uydurma pullardır və mərkəzi banklar onları əvvəlkindən daha çox çap edir. Bitcoinə investisiya edin!” qeyd etmişdi.

Müəllif: Elnur Quliyev

Leave a Reply