Fevralın 24-ü səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə rus ordusu Donbassda “xüsusi hərbi əməliyyata” başlayıb. Bu xəbər dərhal dünyanın fond və əmtəə bazarlarında qiymətlərin kəskin enməsinə səbəb oldu. Rusiya-Ukrayna münaqişəsi birbaşa kriptovalyuta bazarına da mənfi təsirini göstərdi. Bitcoin 11% dəyər itirərərk 34.300 dollara, ethereum isə 15% dəyər itirərərk 2.314 dollara qədər düşdü. Kriptovalyutalarının ümumi bazar kapitalizasiyası 1.57 trilyon dollara endi.


Müəllif: Elnur Quliyev
