Ingiltərənin məşhur futbol klublarından olan Manchester City ilk dəfə olaraq metaversede öz stadionauna sahib olacaq. Bunun üçün, Manchester City klubu ev stadionunun (Etihadın) rəqəmsal xəritəsini yaratmaq və metaversedə onun virtual surətini qurmaq üçün Sony ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu, metaversede qurulan ilk virtual futbol stadionu olacaq.
Klub rəhbərliyi əmindir ki, virtual stadion Mançesterə gedə bilməyən klub azarkeşlərinə öz evlərini tərk etmədən canlı oyunları izləmək, həmçinin oyunçular və fanat icmaları ilə virtual görüşlərdə iştirak etmək imkanı verəcək. Virtual stadionda qeyri-məhdud sayda azarkeş “yerləşdirə” bilər. Bundan əlavə, futbol oyunlarının virtual məkanda keçirilməsi yayım hüquqlarının bölüşdürülmə tərzini dəyişə bilər ki, bu da, futbol klublarının gəlirlərinin artmasına müsbət təsir göstərəcək. Hazırda fotbol oyunlarının yayım hüquqları premyer liqa paketinin bir hissəsi kimi yayımçı şirkətlərə satılır lakin oyunlar metaversedə olduğu halda komandalar onları birbaşa azarkeşlərə, o cümlədən klubdaxili kriptovalyuta ilə də satmaq imkanı əldə edəcəklər.

